Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo-Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Görüşü fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmuni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyder və Karim Abed olacaq.
Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.trend