İsrailin baş naziri Binyamin Netanyahu Aviqdor Libermanın istefasından sonra ölkənin müdafiə naziri vəzifəsinin səlahiyyətlərini icra edəcək.
Oxu.Az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Netanyahu bundan sonra iki vəzifədə eyni zamanda çalışacaq. Xatırladaq ki, bundan öncə o, ölkənin xarici işlər nazirinin də səlahiyyətlərini icra edirdi. Aviqador Liberman noyabrın 14-də istefaya getdiyini bəyan edib.
O, bunu baş nazirlə aralarında olan ciddi fikir ayrılıqlarının olması ilə izah edib.