Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 176 005,30 min dollar dəyərində 939 022,02 ton buğda idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4 407,22 ton və ya 0,48% azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 892,64 min dollar və ya 3,46% çoxdur.
Bu ilin 10 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,9%-ni təşkil edib.