Noyabrın 2-dən 9-dək davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 1,8 mlrd. ABŞ dolları və yaxud 0,39% artaraq 459,7 mlrd. dollardan 461,5 mlrd. dollara çatıb.
“Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.
Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir.