Azərbaycanlı hakim Danimarka millisinin oyununa təyinat aldı

19:03 - 16 Noyabr 2018 - İDMAN

FIFA referisi Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb. 

Noyabrın 19-da Ohus şəhərindəki “Seres Park” stadionunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.oxu.az

Xəbər xətti