Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 12 923,328 mln. ABŞ dolları dəyərində 24 883,465 min ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
"Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 218,213 min ton (42,5%) və 6 383,984 mln. dollar (97,6%) çoxdur.
10 ay ərzində xam neftin ixracı Azərbaycanın ümumi ixracının 80,9%-ni təşkil edib.