Səudiyyə Baş Prokurorluğu Kaşıkçının qətlinə görə 5 nəfərin edamını istədi

15:01 - 15 Noyabr 2018 - DÜNYA

Səudiyyə Ərəbistanı Baş Prokurorluğu jurnalist Camal Kaşıkçı cinayəti ilə bağlı edam cəzası istəyib.

Edam Kaşıkçı cinayətində əli olan 11 şübhəlidən 5-i üçün istənilib. Səudiyyə Baş Prokurorluğunun adından yayılan açıqlamada, eyni zamanda jurnalistin çəkişmə və yüksək dozada dərmandan öldüyü təsdiqlənib. 

Prokurorluq cəsədin hissələrə ayrılaraq İstanbul Baş Konsulluğu binasından çıxarıldığını vurğulayıb. 

Xəbər xətti