İranın Fars vilayətində qadın karateçiləri aparan avtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.
Bunu İranın Fars vilayəti Tibbi Hadisələr və Halların idarə edilməsi idarəsinin direktoru Məhəmməd Cavad Muradian deyib. Onun sözlərinə görə, hadisə ötən gecə Fars vilayətinin Xürrəmbid rayonu ərazisində baş verib.
İdmançıların İranın yığma komandasının seçmə turunda iştirak etmək üçün Tehran istiqamətində hərəkət edərkən qəzaya uğradığı deyilir.trend