Azərbaycan - Farer adaları matçının hakimləri açıqlanıb
14:38 - 14 Noyabr 2018 - İDMAN
UEFA Millətlər Liqasının V turunda Azərbaycan və Farer adaları yığmaları arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.
Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dimitrios Masiasa Marios Kalogiru və İoannis Lazaru yan xətt, Omiros Tsiortsis dördüncü hakim, Vasilis Dimitriu və Lukas Sotiryu əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar.
Ukraynalı Volodimir Petrov hakim-inspektor, çexiyalı Yaroslav Dudl UEFA nümayəndəsi təyin edilib.
39 yaşlı Masias 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır. O, 3 il əvvəl 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin elit raundunda səfərdə Xorvatiyaya 0:4 hesabı ilə məğlub olduğu matçı idarə edib.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq.
Report