ABŞ prezidenti Donald Tramp bu dəfə tvitter hesabında fransızları qəzəbləndirəcək paylaşım edib
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp Fransa lideri Emmanuel Makronun açıqlamasına xitab edərək atdığı tvitində “Makron Avropanın ABŞ, Çin və Rusiyadan müdafiə olunması üçün öz ordusunu yaratmasını təklif edir. Amma Birinci və İkinci Dünya Müharibələrində Almaniya vardı. Fransa necə düşünür, bu necə baş vermişdi? ABŞ yardıma gəlmədən əvvəl almanca öyrənməyə başlayırdınız” sözlərini işlədib. Xatırladaq ki, ötən həftə Fransa dövlət başçısı açıqlamasında ABŞ-dan asılı olmayan, müstəqil Avropa İttifaqı ordusu qurmadıqca avropalıların təhlükəsizlikdə olmayacağını söyləmişdi.