ABŞ-ın Maliyyə Nazirliyi İranın 4 bankına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.
Bu barədə məlumatı “Middle East Bank”ın baş mütəxəssisi Fərzanə Rəcayi Səlmasi verib.
O bildirib ki, noyabrın 8-də ABŞ-ın Maliyyə Nazirliyi sanksiyalar siyahısındakı İran banklarını bir daha nəzərdən keçirib və “Middle East Bank” ilə yanaşı, “Hekmat Iranian”, “Qarz Al-Hasaneh Mehr Iran” və “Credit Institute for Development” banklarını sanksiyalardan azad edib.
Hazırda İranın bu bankları pul köçürmələr üçün beynəlxalq SWIFT sistemindən istifadə edə bilərlər. AzərTac