ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüş barədə razılıq var.
Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşün olacağını həm Moskva, həm də Vaşinqton təsdiqləyib.
Qeyd olunur ki, görüş G-20 sammiti çərçivəsində nəzərdə tutulub. G-20 sammiti 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.trend