İtaliyanın Reggio Emilia şəhərində Françesko Amato adlı bir nəfər poçt şöbəsinin dörd əməkdaşını girov götürüb.
O, girovların azad edilməsi üçün ölkənin daxili işlər naziri Matteo Salvini ilə görüşmək tələbini irəli sürüb. Hadisə yerinə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib, F.Amato ilə danışıqlar aparılır.
Bildirilir ki, Kalabriya mafiyası ilə əlbir olmaqda təqsirləndirilən bir qrup şəxslə birlikdə məhkəmə qarşısına çıxarılan F.Amatoya 19 il həbs cəzası verilib və o, bundan sonra poçt şöbəsinə gələrək əməkdaşları girov götürüb.report