Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in xalis mənfəəti bu ilin 9 ayında 873,228 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.
Bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb. İyul-sentyabr aylarında isə bu göstərici 391,151 mln. TRY təşkil edib.
Hesabat dövründə şirkətin satışları 7,28 mlrd. TRY məbləğində olub. Bu il sentyabrın 30-na şirkətin aktivləri 13,959 mlrd. TRY təşkil edib.
Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.