Lavrov: "Rusiya ATƏT-in münaqişələrin həlli üzrə səylərini alqışlayır"

13:16 - 2 Noyabr 2018 - DÜNYA

"Rusiya ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini müsbət qiymətləndirir".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşdən sonra təşkil edilən brifinqdə deyib.

"Təşkilatın Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, eləcə də ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik. Minsk tədbirlər paketinin tam və ardıcıl yerinə yetirilməsinin alternativsizliyinə əsaslanaraq, Ukraynanın şərqində siyasi həll prosesinin perspektivlərini ətraflı müzakirə etdik", - S.Lavrov bildirib.

Xəbər xətti