“Qarabağ” pley-off-a yüksəlmək şansını saxlamaq üçün növbəti turda mütləq Ukraynanın "Vorskla" klubuna qalib gəlməlidir”.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb. “Qarabağ”ın Avroliqada qrupdan çıxmaq şansını dəyərləndirən qurum "Vorskla"nın 9-cu cəhdindən sonra turnirin qrup mərhələsində ilk qələbəsini qazandığını yazıb: “Növbəti 3 xal komandaya 1/16 finala vəsiqə uğrunda mübarizəyə qoşulmağa imkan verir.
"Qarabağ"ın artıq itiriləsi heç nəyi yoxdur. Komanda yer aldığı E qrupunda nə xal toplayıb, nə də qol vurub. Azərbaycan çempionu əvvəlcə səfərdə "Sportinq"ə (0:2), ardından evdə "Arsenal"a (0:3) və "Vorskla"ya (0:1) uduzdu. Poltavalılar Bakıdakı qələbəyədək Londonda "Arsenal"a (2:4) uduzdular, evdə isə "Sportinq"ə (1:2) məğlubiyyətə barışdılar. "Qarabağ" növbəti məğlubiyyətlə qrupdan çıxmaq şansını itirəcək".
Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə noyabrın 8-də səfərdə qarşılaşacaq.