Menecer: Onlar Həbibə toxuna da bilməz

10:47 - 1 Noyabr 2018 - İDMAN

Rusiyalı idmançı Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz bəyan edib ki, gəlir gətirməyən döyüşlər maraqsızdır.  Oxu.Az xəbər verir ki, menecer Həbibin çempion tituluna iddialı olan şəxslərlə döyüşməsini istəmədiyini bildirib.  “Həbib dünya super ulduzuna çevrildi. O, Putin, Ərdoğanla görüşür. O biri oğlan isə dükanda spirtli içki satır. Sanki onlar fərqli planetlərdəndir. Qoy hər kəs öz işi ilə məşğul olsun”, - deyə o vurğulayıb. Menecer doğrudan da Konor Makqreqorun öz qanı ilə boğulacağını görmək istədiyini bildirib:  “Askren, Vudli. Onlardan heç biri Həbibə toxuna da bilməz. Məni iddiaçılar narahat etmir, bizə 50-100 milyon dolları gətirəcək şəxs lazımdır. Askrenlə Vudli isə heç 100 min dollar gətirməyəcəklər”.

Xəbər xətti