Jurnalist Camal Qaşıqçı əvvəlcədən tərtib olunan plana əsasən Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olan kimi boğularaq öldürülüb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.
Məlumatda qeyd olunub ki, onun meyiti daha sonra parçalara ayrılaraq yox edilib.
Eyni zamanda Türkiyə tərəfi iki ölkənin prokurorluqları arasında qətlin araşdırılması üçün aparılan danışıqlar nəticəsiz qaldığını da vurğulayıb.