“Mənə əfv lazım deyil, kiməsə yalvarmağı düşünmürəm”.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili feysbuk sosial şəbəkəsində sualları cavablandırarkən deyib:
“Mənim kimdənsə əfv istəməyə səbəbim yoxdur. Gürcüstandan heç nə oğurlamamışam, heç nə götürməmişəm, heç bir qanunsuz hərəkət etməmişəm. Gürcü xalqı və tarixi mənim üçün qərar verəcək. Məni niyə əfv etməlidirlər ki?.
Qeyd edək ki, prezidentliyə namizəd Qriqol Vaşadzenin qalib gələcəyi təqdirdə Saakaşvilini əfv edəcəyi deyilir.
Xatırladaq ki, oktyabrın 28-də keçirilən prezident seçkilərində 25 namizəddən heç birinin səs faizi 50-ni keçmədiyi üçün ölkə başçısı ikinci turda müəyyən ediləcək.