Ərdoğan: Terrorçulara qarşı hərbi əməliyyatlar hər an başlaya bilər

21:22 - 30 Oktyabr 2018 - DÜNYA

Suriyada YPG/PYD, həmçinin PKK terrorçularına qarşı yeni hərbi əməliyyatlar hər an başlaya bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib. R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada yeni əməliyyatlara başlamağa hər an hazırdır:
"Suriya ərazisində YPG/PYD-yə qarşı yeni hərbi əməliyyatlara hazırlıq prosesi artıq başa çatıb".

Xatırladaq ki, oktyabrın 28-də Türkiyə SQ Suriya ərazisində YPG/PYD terrorçularının mövqelərinə zərbələr endirib.publika.az

Xəbər xətti