Bu gün “Real”ın İdarə Heyətinin iclası keçiriləcək.
Bu haqda İspaniyanın “As” nəşri məlumat yayıb. İclasın Bakı vaxtı ilə saat 22.00-da başlanacağı bildirilib. Toplantıda klubun hazırkı baş məşqçisi Xuan Lopeteqinin istefaya göndərilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir. Onun yerinə italiyalı mütəxəssis Antonio Kontenin gətiriləcəyi haqda xəbərlər yayılıb.
Xatırladaq ki, “Real” bu mövsüm La Liqada uğursuz çıxış edir. Lopeteqinin rəhbərlik etdiyi komanda hazırda 10 oyundan 14 xalla 9-cu yeri tutur. “Kral klubu” dünən “El-Klassiko”da əzəli rəqibi “Barselona”ya 1:5 hesabı ilə uduzub.qol.az