“Keşlə” baş məşqçisi Mladen Milinkoviçlə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi ilə serbiyalı mütəxəssis arasında qarşılıqlı razılışma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, bu, son 3 ayda “Keşlə”də ikinci baş məşqçi dəyişikliyidir. Buna qədər komandaya ukraynalı Yuri Maksimov başçılıq edirdi.qol.az