Türkiyənin cənub-qərbində, Muğla vilayətinin Dalaman rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 07:32-də qeydə alınıb. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə olub. Təbiət hadisəsi yerli sakinlərin təşvişə düşməsinə səbəb olub.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Xatırladaq ki, oktyabrın 24-də də Dalaman rayonunda zəlzələ olmuşdu.trend