Salyan sakini həmkəndlisini bıçaqlayıb

22:40 - 28 Oktyabr 2018 - DÜNYA

Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü yerli sakin Zülfüqarov Röyal Ağasəf oğlu 1990-ci il təvəllüdlü həmkəndlisi Əhmədov Elsevər Razim oğlunu aralarında düşən mübahisə zəminində bıçaqlayıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti