ABŞ-da orta mənzilli raketləri vuran yeni sistem sınaqdan keçirilib

13:48 - 27 Oktyabr 2018 - DÜNYA

ABŞ ordusu Yaponiya mütəxəssisləri ilə birgə yaradılan orta mənzilli raketlərə qarşı yeni sistemi sınaqdan keçirib.

Havaii adaları yaxınlığında ABŞ-ın “John Finn” eskadra gəmisinin iştirakı ilə keçirilən uğurlu sınaq zamanı “Aegis” sistemli SM-3 Block IIA sinfinə aid raketi sınaq raketini vurub. 

Raketdən Müdafiə Agentliyinin direktoru Sam Qrivs sınağı şərh edərək bildirib: “Bu gözəl nailiyyət SM-3 Block IIA raketlərinin uçuşlara qaytarılması üçün vacib mərhələdir”.report

Xəbər xətti