Türkiyədə PKK-ya qarşı əməliyyatda 2 hərbçi ölüb

09:21 - 27 Oktyabr 2018 - DÜNYA

Türkiyənin Tunceli vilayətində PKK terrorçularına qarşı əməliyyat zamanı iki türk hərbçi həlak olub. Trend-in məlumatına görə, PKK terror təşkilatının üzvlərinə qarşı hərbi əməliyyat bu gün səhər saatlarından başlayıb və hələ də davam edir. Xatırladaq ki, Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasına çalışan PKK arasında münaqişə 25 ildən çoxdur davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər xətti