Avropa İttifaqı (Aİ) Şimali Koreyaya qarşı sanksiyalarını bir daha sərtləşdirib.
Bu barədə qurumun rəsmi dərgisində qeyd olunur. Bildirilir ki, oktyabrın 16-da BMT Təhlükəsizlik Şurasının komitəsi tərəfindən beynəlxalq limanlara girişi qadağan olunan üç ticarət gəmisi müəyyənləşdirilib: "Bu qərarla əlaqədar Aİ-nin sanksiya siyahısı müvafiq olaraq tamamlanmalıdır”.
Qərarın əlavəsində BMT tərəfindən tətbiq olunan məhdudlaşdırıcı rejimi pozaraq neft daşımalarını həyata keçirən Şimali Koreyaya məxsus üç gəmi barədə məlumat verilir.report