Bərdədə evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

16:10 - 26 Oktyabr 2018 - Xəbər

Bərdə rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini Zamin Qurbanlı saxlanılıb.

Onun oktyabrın 24-də daha 1 evdən 200 manat, 80 ABŞ dolları və 14000 rus rublu, habelə qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Xəbər xətti