Bu gün Avropa Liqasında qrup mərhələsinin I dövrəsinə yekun vurulacaq.
Azərbaycan çempionu “Qarabağ” III turda Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri dövrənin son matçını doğma azarkeşlər önündə keçirib. Bakı Olimpiya Stadionundakı matça təmsilçimiz daha fəal başlayıb. İkinci hissənin əvvəlində Poltava təmsilçisi oyunun taleyini həll edən qola imza atıb.
Beləliklə, ilk iki oyunda “Sportinq” (0:2) və “Arsenal”a (0:3) uduzan çempionumuz bu dəfə də meydanı qolsuz və xalsız tərk edib.
Avropa Liqası
Qrup mərhələsi, E qrupu
III tur, 25 oktyabr
“Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 0:1
Qol: Vladislav Kulaç, 48
matc.az