Sahil Babayev şəhid hərbi qulluqçuların ailə üzvlərinə veriləcək birdəfəlik ödənişlərdən danışdı

16:38 - 25 Oktyabr 2018 - Xəbər

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:
"Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq". trend

Xəbər xətti