Elmar Məmmədyarov Paşinyanın sonuncu fikirlərinə münasibət bildirib

14:12 - 25 Oktyabr 2018 - Xəbər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi sonuncu fikirlərə münasibət bildirib.

Bununla bağlı jurnalistlərə açıqlama verən nazir belə bəyanatların N.Paşinyan tərəfindən ilk dəfə səsləndirilmədiyini deyib.

Nazir vurğulayıb ki, danışıqlar aparanda hazırlıq görülməlidir: "Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlətin arasında gedir. O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada da Azərbaycan icmasının olduğu nəzərə alınmalıdır".trend

Xəbər xətti