Bakıda saxlanılan şəxsin 12 evdən qaz sayğacı oğurladığı aşkarlanıb

12:32 - 25 Oktyabr 2018 - Xəbər

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, sentyabr ayından oktyabrın 22-dək olan müddətdə onun rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər xətti