ABŞ-ın sabiq prezidenti Bill Klinton və xanımı Hillari Klintonun məktubları arasında partlayıcı qurğu aşkar edilib.
Qurğunu poçtu nəzərdən keçirəkən Klintonların işçisi tapıb. Hadisə yerinə polis qüvvələri və bomba mütəxəssisləri çağırılıb. Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl milyarder Corc Sorosun ofisində partlayıcı qurğu tapılmışdı. Polis hər iki qurğunun oxşar olduğunu deyib.trend