Kiyevdə gecə saatlarında spirtli içkilərin satışı qadağan edildi

21:04 - 24 Oktyabr 2018 - Xəbər

Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında spirtli içkilərin satışı qadağan edilib.

Bu gündən qüvvəyə minən qərara əsasən, mağazalarda yerli vaxtla gecə 23:00-dan səhər 10:00-dək spirtli içkilər satılmayacaq.

Qeyd olunur ki, bu qərar kafe, restoran və barlara şamil olunmur.

Statistik məlumatlara əsasən, Ukraynada hər il 40 minədək insan alkoqolizmdən ölür.

Xəbər xətti