Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə verib.
“Report” xəbər verir ki, məlumatı “Hürriyet" yayıb.
15:48
Səudiyyə Ərəbistanının vəzifəli şəxsləri Krallığın İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə verməyib.
Jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı istintaq çərçivəsində təhlükəsizlik orqanları əməkdaşlarının Baş Konsulluğun binasında və konsulun evində axtarış aparıb. Ancaq Konsulluğun bağçasında və oradakı quyuda axtarış aparılmasına Krallığın məsul şəxsləri icazə verməyib.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Camal Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.