“Baku Bus”un 2 avtobusu toqquşdu

12:51 - 24 Oktyabr 2018 - Xəbər

Bu gün səhər saatlarında metronun Koroğlu stansiyasının yaxınlığında “Baku Bus” MMC-yə məxsus iki marşrut avtobusu toqquşub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O qeyd edib ki, “Baku Bus” MMC-yə məxsus 1 nömrəli xətt üzrə hərəkət edən marşrut 13 nömrəli marşruta çırpılıb: “Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb. Hər iki avtobusa isə ziyan dəyib”.

Xəbər xətti