ETSN: Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir

10:14 - 24 Oktyabr 2018 - Xəbər

Sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan ucnoqta.az-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Xəbər xətti