Badamdarda sürüşmə zonasında çatlar genişlənib
11:28 - 21 Oktyabr 2018 - Xəbər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə müşahidə edilib".