ABŞ-da "Virginia" tipli, "Vermont" və "Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtı qayığı suya endirilib.
Bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər verib. Xəbərdə bildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib.
"Vermont"un Hərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində, hərbi-dəniz bazasında keçirilib. "Delaware" Virciniyadakı Nyuport-Nyus bazasında suya buraxılıb.
Sualtı qayıqlardan tikintisinə 2013-cü ildə başlanıb. Onlar ölkənin Hərbi Dəniz Qüvvələri üçün bu tipdən yaradılan sayca 18 və 19-cu sualtı qayıqlardır. Qayıqların Hərbi Dəniz Qüvvələrinin tabeliyinə verilməsi 2019-cu ilin əvvəllərində reallaşacaq.report