Hindistanın Assam ştatında sərnişin avtobusu körpüdən çaya aşıb.
Avtobusun çaya aşması nəticəsində azı 7 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb. Qəza Quvahati və Makalmua yaşayış məntəqələri yaxınlığında baş verib. İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarətməni itirməsi olub.
Bildirilir ki, avtobus dövlət nəqliyyat korporasiyasına məxsusdur. Xəsarət alanlar xəstəxanalara çatdırılıb.trend