Azyaşlı uşağın əli ətçəkən maşında qalıb

20:17 - 20 Oktyabr 2018 - Xəbər

Əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalan azyaşlı xilas edilib.

FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Əməliyyat başa çatıb.​

Xəbər xətti