Pakistanda 6,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Minqora şəhərinin 28 kilometr şimal-şərqində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, Tacikistanın şərqində də 5,2 bal gücündə zəlzələ olub.