ABŞ itkin düşmüş səudiyyəli jurnalist Camal Khaşoqinin taleyinə görə müəyyən mənada məsuliyyət daşıyır.
Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Bildiyimə görə, yoxa çıxmış jurnalist Rusiyada yox, ABŞ-da yaşayıb. Bu mənada əlbəttə ki, ABŞ onun başına gələnlərə görə məsuliyyət daşıyır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, C. Khaşoqi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Onun orada qətlə yetirildiyi iddia olunur. oxu.az