Azərbaycanlı xanəndə qardaş ölkənin “Könül bağı”na qonaq oldu

12:12 - 18 Oktyabr 2018 - Mədəniyyət

Azərbaycanlı xanəndə Gülnar İsayeva Türkiyənin birinci kanalı, “TRT-Müzik” musiqi kanalının “Könül bağı” proqramında qonaq olub.

Ucnoqta.az xəbər verir ki, o, Azərbaycan mahnı və muğamlarını Gülnarə Xəlilovaya məxsus milli geyimdə ifa edib. Verilişdə xanəndə “Elə baxma gözlərinə göz dəyər”, “Bu ayrılıq nədən oldu”, “Sarı gəlin”, “Bu qala daşlı qala”, “Sən Müfiqin yanında qal sənə qurban”, “Dağlarda duman gözəldir” mahnıları ilə bərabər, türk sənətçisi Ali Çakarla birlikdə  duet oxuyub.


Xəbər xətti