Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları idtiqamətində uçqunların artımı qeydə alınıb. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur.
Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadir.