İran-Pakistan sərhədində 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İranşəhr şəhərindən 115 kilometr cənub-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.