Venesuela dollardan imtina edib

18:03 - 17 Oktyabr 2018 - DÜNYA

ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.

Bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib. Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Vitse-prizedent indi avrodan istifadə ediləcəyini söyləyib.
Xatırladaq ki, rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib.report

Xəbər xətti