Rusiyanın Samara şəhərində neft emalı zavodunda yanğın olub.
Kuybışev neft emalı zavodundakı qurğulardan birində baş qaldıran yanğın 100 kvadratmetr sahəni əhatə edib. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Müəssisədə texnoloji prosesin pozulmadığı bildirilir.
Ümumilikdə 55 nəfər və 18 texnika yanğınla mübarizəyə cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.