Bolqarıstan İsraildə keçirilən “Eurovision- 2019” mahnı müsabiqəsində iştirakdan imtina edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin ictimai kanalı məlumat yayıb. Bildirilib ki, Bolqarıstan maliyyə problemlərinə görə, Təl-Əvivdə keçirilən yarışmada iştirak etməyəcək.
Xatırladaq ki, sözügedən ölkə müsabiqəyə 2005-ci ildə qatılıb. Ən böyük nəticəni isə 2017-ci ildə əldə edib (Christian Kostov, 2-ci yer).