“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola "Barselona"dakı vaxtlarını xatırlayıb.
İspan mütəxəssis Kataloniya klubunda çalışdığı zaman oynatdığı "tiki-taka" (topu qısa və sürətli ötürmələrlə bir-birinə ötürərək, ona daim nəzarət etmək) futbolunu sevmədiyini söyləyib:
"Tiki-taka"nı sevmirəm, kənardan gözəl görünsə də, elə deyil. Önəmli olan pressinq edərək rəqibi istədiyin yerə yönləndirməkdir. Bunu ancaq müəyyən vaxtda edə bilərsiniz. Həmin zamanı yaşadığımız üçün şanslıyıq. Dünyanı yemək istədik, bacardıq. O komandanın gücü sabitlik idi, futbol oynamağı sevirdilər.”
Messinin rəqabəti sevdiyini söyləyən mütəxəssis onu rəqabətçi heyvan adlandırıb: “Messi uduzmağı sevmir, bir uşaq kimi oynayır. O , rəqabəti sevən heyvandır. Komanda ona kömək edərsə, fərq yaratmağı bacarır”.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.qol.az